Salyanda narkotacir həbs edildi

27-07-2023, 08:56           
Salyanda narkotacir həbs edildi
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Kərimbəyli kənd sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Eldar Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə yardımçı tikilidən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru