Bu günə hava proqnozu
29-07-2023, 08:46
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək, axşam tədricən zəifləyəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında
Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.
Hidrometeoroloji Proqnozlar