Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

29-07-2023, 17:36           
Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun şəhər sakini, bir ay əvvəl törətdiyi oğurluq faktına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid Əliyev olduğu müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru