Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

19-09-2023, 15:21           
Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hazırəhmədli kənd sakininə məxsus 1 baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq oradakı tövlədən dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru