Labüd olan antiterror tədbirləri

22-09-2023, 10:49           
Labüd olan antiterror tədbirləri
Azərbaycan suveren ərazilərini qorumaq, vətəndaşlarını təhlükəsizliyini təmin etmək, öz ərazilərində separatçı, terrorçu təşkilatların ləğv edilməsi üçün yeri gələndə lokal tədbirlər görmək hüququnu özündə saxlayır. Kimsə bizə bunu qadağan edə bilməz. 44 günlük müharibədən ötən 3 il ərzində dövlətimiz Qarabağdakı separatçı ünsürlərə şans verdi. Rusiya sülhməramlıları da Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasını həyata keçirmək vəzifələndirilmişdi.
Əvəzində isə Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistanda silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Görünür, 44 günlük müharibədə aldıqları ağır zərbə onlara bəs etmədi. Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi.
10 noyabr Üçtərəfli Bəyanatından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, bərpa-quruculuq işlərinə başlandı və Ermənistan silahlı qüvvələrinin işğalı səbəbindən yurdundan didərgin salınmış soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Amma Ermənistanın məkrli siyasəti, bölgədə destruktiv, dağıdıcı hərəkətləri bu işlərin görülməsinə maneələr yaradırdı.
2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 3 bəndi hələ də yerinə yetirilməmiş qalırdı. Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına maneəsiz qayıdışı və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizinin yaradılması hərə də havadan asılı qalıb. Ermənistan və onun Qarabağdakı separatçı qurumu ciddi-cəhdlə buna maneçilik törədir, Bəyanatın müddəlarını yerinə yetirmək istəmir. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Demək olar ki, hər gün Qarabağdakı erməni ordusunun qalıqları Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tuturdu, ərazilərimizin minalanmasını davam etdirirdi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfindən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı.
Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar.
Beləliklə, Azərbaycanın antiterror tədbirləri həyata keçirməsi lazım idi və Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi və separatçılar təslim oldular.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.