Bu günə hava proqnozu

5-01-2024, 07:24           
Bu günə hava proqnozu
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru