İmişlidə ağacları kəsərək təbiətə ziyan vuran şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub

5-01-2024, 11:18           
İmişlidə ağacları kəsərək təbiətə ziyan vuran şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən sonuncu tərəfindən kəsilmiş ağaclar maddi sübut kimi götürülüb.
Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində İXM-nin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru