Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

14-04-2024, 11:25           
Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.