Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində

31-07-2024, 19:27           
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində
Sərfəli operator “Nar” hər müştəriyə uyğun “Full” paketlərini təqdim edir. “Nar” müştəriləri “Full” paketlərini seçərək həm danışıq, həm də internet bonusları əldə edə bilər.

Hər bir “Full” paketində müştərilərə təqdim edilən bonusların qalıqları ay sonunda silinmir, növbəti aya keçir. Üstəlik, hər bir “Full” istifadəçisi “Nar”ın “Çevir” xidmətindən istifadə edə bilər. “Çevir” xidməti istifadəçiyə ehtiyac olduğu halda danışıq bonusunu internet bonusuna və ya əksinə çevirməyə imkan verir.

Daha yuxarı “Full” paketlərində (Full 29, Full 39 və Full 49) istifadəçilərə daha çox bonuslarla yanaşı rouminq dəqiqələri və rouminq interneti də təqdim edilir. “Full 6” paketində isə internet bonusundan əlavə, “WhatsApp” və “Messenger” tətbiqləri üçün nəzərdə tutulan 1GB internet də təklif olunur.

“Nar”ın bütün “Full” paketləri haqqında məlumatı və tarifə keçid üsulunu nar.az saytından əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru