Bayraq hər birimizin milli qürur mənbəyidir

2-11-2024, 12:30           
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır.
Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağı dünyanın ən gözəl görünən və məğrurla dalğalanan bayrağıdır. Bayrağın daha əzəmətlə dalğalanması dövlətin malik olduğu gücündən çox asıllıdır. Üçrəngli dövlət bayrağımız 1918-ci ildə qəbul olunsa da onun dalğalanması dövrü cəmi 23 ay çəkdi. Amma 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dalğalandılan üçrəngli bayrağımız 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət bayrağı kimi təsdiq olunmasına və əbədi olaraq dalğalanmasına yol açdı. 90-cı illərin əvvəlində hakimiyyətdə olanların yerində olmaması 70 ildən sonra yenidən dalğalanmağa başlanmış üçrəngli bayrağımızı da yenidən təhlükə ilə qarşılaşdırmışdı. Amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət müstəqlliyimizi əbədi etdi və bayrağımızın dalğalanmasını möhkəmləndirdi. 30 ildə ərazilərimzin 20% Ermənistanın işğalı altında olduğuna görə bayrağımız bütün ərazilərimzin üzərində dalğalanmırdı.
Dörd il əvvəl başlanmış 44 gündə davam edən Vətən müharibəsində işğaldan azad olunmuş hər bir strateji nöqtədə bayrağımız yenidən ucalmağa başladı. Müharibədə döyüşən hər bir əsgərimiz ürəyinin üstünədə bayrağımızı saxlayaraq ancaq irəli gedirdi. Təəssüf ki, müharibədə şəhidlərimiz də oldu. Torpağa tapşırılan hər bir şəhid tabutu əsgərin öz canından əziz tutaraq gəzdirdiyi üçrəngli bayrağına örtülərək evinə gətirldi. Bu gün hər bir şəhid ailəsi onun oğlunun uğrunda can verdiyi üçrəngli bayrağını ən əziz və müqəddəs yerdə asaraq şərəflə qoruyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycan Qarabağda da suverenliyi bərpa etmiş və Ali Baş Komandan İlham Əliyev üçrəngli dövlət bayrağımızı Xankəndində dalğalandıraraq xalqımızın uzun illərin arzusunu həyata keçirmişdir.
Prezident İlham Əliyevin gənclərə gösytərdiyi xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. Bayrağımızı idmançılarımız qələbələrə imza atmaqla dünyanın idman arelandırda dalğalandıraraq dövlət himnimizi səsləndirir və bizə qürur bəxş edir. Bayraq həm də mövcudluğumuzdur. Dünyanın istənilən nöqtəsində keçirilən beynəlxalq tədbirdə dövlət bayrağımız dalğalanmaqla iştirakımız təsdiq olunur.
Bu gün bayrağımız BMT-də dünya dövlətlərin bayraqlarıının boy sırasında daha əzəmətlə dalğalanır. Çünki, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında güclənərək siyasi və iqtisadi cəhətdən müstəqil ölkəyə çevrilmiş, döyüş meydanında güclü olduğunu təsdiq etmişdir. Düzdür bizim qələbəmizi həzm edə bilməyən dairələr də mövcuddur. Amma onlar da bayrağımızın ucalığını və əzəmətini görərək mənəvi məhv olunurlar.

Tufan Məmmədov – iqtisadçı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.