31 Mart soyqırımı: İnsanlığa qarşı cinayət... - İsrafil Kərimovun yazısı

Bu gün, 11:20           
31 Mart soyqırımı: İnsanlığa qarşı cinayət... -
Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük
Ermənistan” yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində
atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı
aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda
Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı
quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar,
talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər.
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın
müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı
əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə mart-aprel ayında baş verən
bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10
minlərlə insan öz torpaqlarından qovulub. Dinc azərbaycanlıların qırğınında
Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun”
partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın
zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər
kəsi qətlə yetiriblər. Təkcə Bakıda 12 min
azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb,
7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122,
Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında
211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilib.
31 mart soyqırımı ermənilərin xalqımıza qarşı törədilmiş genosid
siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər
tərəfindən verildi. Məhz Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-
da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu
hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə
tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi
qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret
vəzifələr qoyulub.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri
olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla
yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən
üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz
düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırım
qurbanlarının qisasını aldı.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.