“Beynəlxalq Bank”-ın Cəlilabad filialı Kərəm Həsənovun “çirkli pullarını” “yumaq” üçün istifadə olunur
21-10-2016, 19:00
“Beynəlxalq Bank”-ın Cəlilabad filialıının rəhbəri Kərəm Həsənovun xalası oğlu Xalis Abbasov hər il Kərəm Həsənovun milyonlarla dolları “yumağı” bacarır. Azərbaycandakı əmlak talanının səbəbkarı kimdir? Dövlət məmurlarının, vəzifəli şəxslərin bir çoxunun öz “əlaqələrindən” istifadə edərək vətəndaşları talaması haqda çoxlu yazılar oxuyuruq. Sözügedən şəxslər müəyyən pilləyə çatdıqdan sonra ətraflarına yığdıqları yaxınları ilə birlikdə işbirliyinə başlayırlar. Bolgexeber.com bildirir ki, başlıqda qoyulan suala ən yaxşı cavab Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri Kərəm Həsənovdur.
Geridə qoyduğumuz illərdə Prezident İlham Əliyevin ölkədə sənədsiz tikililərin, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı göstərişi və bundan sonra hökumət qurumlarının başladığı tədbirlər əhalidə böyük ümid yaratdı. Sənədsiz ev sahibləri dövlət başçısının qərarının müsbət nəticələrini gözlədiyi bir vaxtda «sənəd maklerləri» vətəndaşların gözləntilərindən sui-istifadə etməyə başladılar. Həm də bu cür “sənəd maklerləri” təəssüf ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxınlarının ətrafındadır.
İnternetdə dolaşan məlumatlara istinadən yaza bilərəm ki, həmin “sənəd maklerlərinin” özbaşınalığının geniş vüsət aldığı dövrdə Nadir adlı bir şəxs ortaya çıxır. Sözügedən şəxs Kərəm Həsənovun və onun köməkçisi, eyni zamanda əmisi oğlu olan Kamal Həsənovun adından bəhrənələrək, bir neçə nəfərdən evləri sənədləşdirmək adı ilə külli miqdarda pul alır. Lakin bir müddət keçdikdən sonra Nadir nəinki evləri sənədləşdirir, heç aldığı pulları da geri qaytarmır.
Cəlilabadın Günəşli kəndindən olan bu adam, özünü bəzi şəxslərə Əmlak Komitəsinin məsul işçisi kimi təqdim edərək, bu sahədə təcrübəsi olduğunu, “lisenziyalı ofis”lə iş gördüyünü bildirməklə, onlarda sənədləri düzəldəcəyinə 100 faiz əminlik yaradır. Verilən pul qarşılığında heç bir sənədləşmə işinin aparılmadığını görən sakinlərin “səbr kasası” dolur və onlar Nadirdən pullarını tələb edirlər. Nadir isə hər dəfə ayrı bir bəhanə uyduraraq iz itirir. Ancaq qarşılaşdığı insanlara Həsənovların obyektlərini idarə etdiyini və onlarla işbirliyi etdiyini də çəkinmədən bildirir.
Araşdırma zamanı həmçinin məlum oldu ki, “Beynəlxalq Bank”-ın Cəlilabad filialı Kərəm Həsənovun əldə etdiyi “çirkli pulları” “yumaq” üçün istifadə olunur. Belə pulları xarici hesablara transfer edərkən bəzi problemlər yaşanır ki, bu problemlərin aradan qaldırılması üçün “xüsusi bankların” fəaliyyət göstərməsi zəruridir.
Daha bir maraqlı fakt isə, sözügedən bankın rəhbərinin Kərəm Həsənovun xalası oğlu Xalis Abbasovun olmasıdır. Hər il milyonlarla dolları “yumağı” bacaran filial rəhbəri bu işinə görə öz “payı”nı alır.
1996-ci ildə başladılan “Əmlak özəlləşdirilməsi” prosesinin ikinci mərhələsində yol verilən saxtalıqlarda da Kərəm Həsənovun əlinin olduğu danılmaz faktdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.