Tərtərdə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib

16-11-2016, 21:54           
Tərtərdə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib

teref.az - 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.
Tədbiri mərkəzin direktoru Səlimə Yusibova açaraq “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfiessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”
Qeyd olunub ki, Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşı Kənan Xudiyev, rayondakı Cümə Məscidinin axundu və dini icmanın sədri Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov çıxış edərək mürəkkəb, ziddiyyətlər və təzadlarla dolu dövrümüzdə radikal dini təriqətlərə qarşı xüsusilə diqqətli olmağın vacibliyini söyləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru