İsmayıllıda Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin filialı açılıb.
16-11-2016, 21:57
teref.az - Tarixən müxtəlif mədəniyyətlərin, milli azlıqların, etnik qrupların, fərqli dinlərin və dillərin mövcud olduğu İsmayıllıda multikulturalizm ili çərçivəsində bir sıra elmi istiqamətli, təbliğat xarakterli tədbirlər keçirilməkdə davam edir.”Bilik evin”də dəyirmi masa arxasında söhbət formasında Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin İsmayıllı filialının açılması bu tədbirlər sırasında ən önəmlisi olub.
Tədbiri giriş sözü ilə Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli açıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək deyib ki, Azərbaycan Beynəlxalq miqyasda multikulturalizm və tolerantlıq modeli olduğu kimi İsmayıllı da Respublikada belə kiçik bir modeldir. Milli, dini, coğrafi və dil müxtəlifliyi insanlara münasibətdə heç bir müxtəlifliyə səbəb olmur. Hər bir milli azlıq və etnik qrupa mənsubların öz dilini, mədəniyyətini inkişaf etdirmək və dini ayinlərinin icrası üçün bərabər şərait yaradılır. BBMM-nin İsmayıllı filialının yaradılması bu işlərin daha səmərəli təşkilinə geniş imkan yaradacaq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Müzəffər Talıblı çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizi xilas etmək, vahid Azərbaycan xalqı formalaşdırmaq və azərbaycançılıq ideologiyası yaratmaq, tolerantlıq şəraiti təmin etmək yolunda həyata keçirdiyi səmərəli tədbirlərdən, multikulturalizmi və tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə olduğundan, mədəniyyətlərarası dialoqun mədəniyyətlərin bərabər səviyyədə birgəyaşayışa çevirldiyindən bəhs edib.Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət multikulturalizm siyasəti Beynəlxalq nümunəli səviyyədə davam edəcək.
BBMM-nin analitik təhlil şöbəsinin müdiri Rəşad İlyasovun da çıxışı dinlənilib.
Təhsil işçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov maraqlı çıxışı ilə diqqəti cəlb edib. O bildirib ki, Multikulturalizm mərkəzinin rayon filialının açılması hər birimizdən yeni yanaşma əsasında işin təşkilini tələb edir. Burada keçirəcəyimiz tədbirlərdən telekörpü yaradacaq internet vastəsilə yayımlar aparacağıq. Buranı əsil multikulturalizm mərkəzinə çevirmək üçün müəllimlərin elmi imkanlarından daha çox istifadə edəcəyik. Bu sahədə artıq müəyyən təcrübələrimiz formalaşıb.
Rayon tədbirindən sonra qonaqlar İvanovka tam orta məktəbində olublar. Multikulturalizm mərkəzinin məsləhətçisi Valentin Kulik multikulturalizm və onun mahiyyəti barədə məruzə edib. Məktəbə rus və azərbaycan dillərində kitablar bağışlayıb. Qonaqlar tam orta məktəbin tarix-diyarşünaslıq muzeyində olub, multikultural dəyərlərin burada əks olunduğunu tam aydınlığı ilə görüblər.