Tərtərdə “Ölkəmizi tanıyaq” tur-aksiyaya iştirakçıları yola salındı

17-11-2016, 18:54           

teref.az - Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
Noyabrın 17-də Tərtər şəhərində rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, məktəbliləri 17 noyabr – Milli Dirçəliş günü münasibətilə və tur-aksiyada iştirak etdiklərinə görə təbrik edib. Bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. M. Məmmədov hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu qeyd edərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi tövsiyə edib, mənalı istirahət arzulayıb.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru