Səfir Erkan Özoral Nəsimi rayon İcra Hakimiyyətində

17-11-2016, 18:56           


teref.az - Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Erkan Özoralın Azərbaycanda diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib.
Səfir Erkan Özoral Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması ilə əlaqədar ikitərəfli əlaqələrin daha da genişlənməsi və güçləndirilməsi üçün həyata keçiriləcək tədbirlərdən danışmış və bildirmişdir ki, uzun illərdir ki, qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.
Görüş zamanı Asif Əsgərov yeni təyin olunmuş səfir Erkan Özorala təyinatı ilə bağlı təbriklərini ifadə edərək və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.
Daha sonra Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov Səfir Erkan Özorala Qədim Bakının mənzərəsini əks etdirən rəsm əsərini xatirə olaraq hədiyyə etdi.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru