Şimal bölgəsinə keçirilən tur-aksiya başa çatıb.

22-11-2016, 02:15           

teref.az - “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Quba-Qusar- Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən İsmayıllı şagirdləri noyabrın 20-də axşamüstü rayona qayıdıblar.Tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin nümayəndələri və valideyinlər qarşılayıblar.
Məktəblilər bildiriblər ki, noyabrın 17-dən 20-dək tur-aksiya çərçivəsində şimal bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq Meydanları, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını, Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını, səfər zamanı bölgələr barədə zəngin məlumata yiyələndiklərini qeyd ediblər.
Tur-aksiyada Şəki, Qəbələ, Oğuz, Ağdaş, Göyçay arasında “Nə?, Harada?, Nə zaman? Intelektual bilik yarışında komandamız birinci yeri tutub və rayona kubokla qayıdıb.
Tur-aksiyanın iştirakçıları və onların valideyinləri cənab Prezident İlham Əliyevə göstərdiyi diqqətə, qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru