Zəmanə dəyişib?

24-11-2016, 09:13           
Zəmanə dəyişib?
Son vaxtlar internetdə çıxan yazıları oxuyuram və çox təəssüf edirəm ki jurnalist adı bu qədər ucuzlaşıb. Halbuki bir vaxtlar bu ad ən şərəfli ad idi. Amma indi isə elə adamlar özünü jurnalist adlandırır ki, onlara baxanda mən özümdən utanıram. Məncə, dövlət bu işi tənzimləməlidir. Asan pul qazanmaq istəyənlər, şərəflərini pula xərcləyənlər və hətta əqli çatışmamazlıqları olanlar “mən jurnalistəm” deyib, şər-böhtan atırlar, şantaj edirlər, təhqirə keçirlər. Kimdənsə 10 manat alıb kimisə ləkələmək yolunu tuturlar. Kimlərinsə sifarişlərini, öz şər-böhtanlarını, şantajlarını mətbuat azaddır deyib yerinə yetirirlər.
Bütün bunları yazmaqda məqsədim son 10 gündə bəzi mətbuat orqanlarının İsmayıllını hədəfə almağıdır. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd müəllimi tanıyıram. Ona görə də bir vətəndaş kimi bu yazıları araşdırmağa başladım. İnternetdə son üç ilin yazılarını yığdım bir yerə və son yazıların sifarişçisini axır ki tapdım (hələlik adını çəkməyəcəm). Mən bayaq dediyim kimi, Mirdaməd müəllimi azdan-çoxdan tanıyıram, amma bu yazıların sifarişçisi haqqında məlumatım olmadığı üçün başladım onu araşdırmağa. İnanmayacaqsınız, amma bu adam haqqında elə məlumatlar tapdım ki, onun nəinki Mirdaməd müəllim haqqında, ümumiyyətlə heç bir azərbaycanlı haqqında söz deməyə haqqı yoxdur. Bu adam əvvəllər İsmayıllıda yüksək vəzifələr sahibi olub , o bu vəzifələrdə nələr edib, nə işlərlə məşğul olub, kimlərə xidmət edib bütün bunlar haqqında növbəti yazımda oxuya bilərsiniz. Bu arada növbəti yazı haqqında kiçik bir ip ucu verim - kimlərə xidmət edib deyərkən bu adamın adı vaxtı ilə bir tərəfi erməni olan vəzifəlilər siyahısında olub yəni nənəsi ermənidir. Araşdırma davam edir.
Vahid Xəlilov.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.