Tərtərdə çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı - SƏRƏNCAM

6-12-2016, 20:09           
Tərtərdə çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilib, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, o cümlədən on dörd min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 33 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd olunur ki, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.