İsmayıllı həqiqətləri - "Bəlkə biz az ağıllanasınız cənablar, Tanrını, haqqı ədaləti yada salasınız!"

8-12-2016, 08:33           
İsmayıllı həqiqətləri - "Bəlkə biz az ağıllanasınız cənablar, Tanrını, haqqı ədaləti yada salasınız!"
Obyektivliyinə ümid olub üz tutacağım sayt, portal, qəzet, informasiya agentliyinin azlığı düşüncəsindəyəm. Saytlarınızın daimi oxucusu kimi ünvanınıza müraciət etməyi gərəkli saydım.
Köhnə jurnalistlərdənəm. İctimai fəallıqdan qalmıram. Rayonumuzda gedən proseslərlə həmişə maraqlanıram. Rayon qəzetində çıxışlarım olur.Bəzi mətbuat orqanlarının, xüsusilə internet KİV-lərin, internet TV-lərin belə düşkün, düşük, haqsız, ədalətsiz mövqeyinə dözə bilmirəm. Bəzən də səsimi başqalarına çatdırmağa da imkan tapmıram. Qeyd etdiyim kimi, bu imkanı sizdə gördüyüm üçün fikirlərimi də saytınıza göndərirəm. Sonrakı işlər isə sizin ixtiyarınızdadır.
Nədir məni narahat edən ? 2013-cü ilin yanvar ayının 23-dək bəzi başçılar tərəfindən başımıza çox bəlalar gəldi. Onlardan kimsə yazmadı. Torpaqlar İsmayıllı ilə əlaqəsi olmayan imkanlı məmurlar və iş adamları arasında bölüşdürüldü. Yaylaqlar da, qışlaqlar da, qoyun sürüləri də, mal naxırları da onların oldu. Kimsə onlardan yazmadı. Səbəbi məlumdur. 2013-cü ilə qədər sökülən obyektlər, qanunsuz verilən torpaqlar barədə indiki icra başçısından məsuliyyət tələb edilir. Vaxtilə rayonda Mirələsgər adında baş memar vardı. 2 kubik daşını üst-üstdə görəndə çiçəyi çırtlayırdı. Daş sahibi maddi məşhər ayağına çəkilirdi. Qeyd olunan tarixdə məmur özbaşınalığına qarşı qanunsuz yolla etiraz edildi.
Bütün İsmayıllı əhalisi cənab Prezidentə minnətdardır ki, alimi, ümummilli liderimizin zamanında yetişmiş kadrı-Mirdaməd Sadıqovu İsmayıllıya RİH-nin başçısı təyin edib. Olan dəyişikliklər barədə ədalətli oxucularda təsəvvür yaratmaq üçün bircə faktı nümunə gətirirəm. Əhali tərəfindən 2012-ci ildə 2200 kvadratmetr mənzil tikilmişdi. 2013-cü ildə əvəllər mövcud olmuş süni maneələr aradan qaldırıldığı üçün bu rəqəm 13 min kvadratmetrə yaxınlaşdı.Fərq, insana, onun sosial həyatına ədalətli yanaşmanın nəticəsi göz qabağındadır.
Yaxşılığı, yaxşı işləri və əməlləri görməyə kor olanların indi məqsədi nədir?.”Yaşıl bazar” barədə RİH başçısı Mirdaməd Sadıqovun adına hədyanlar yazan “jurnalistlər” indi nə istəyirlər.? Bazarın layihəsini başçı iki mərhələdə- ziyalılar və iş adamları ilə bir dəfə, veteranlar, ağsaqqallar, mütəxəssislər və gənclər təşkilatları ilə ikinci dəfə. Azı 20 KİV-də “Yaşıl bazar”ın təbliği ilə əlaqədar yazı dərc olunub. Əmlakın sahibi də Yunus Sadıqovdur. Alqı-satqıda başçının heç bir iştirakı yoxdur. Necə ki, şər- böhtan müəlliflərində vicdan yoxdur. İş adamı başqa bir iş adamından əmlakını alıb, bazar tikib. Bunun başçıya nə aidiyyatı var?
Köhnə bazarın sahibləri də narazılıq edirdilər ki, başçı onların müəssisəsini yeni bazara köçürmək istəyir. Əslində RİH-nin başçısı Mirdaməd Sadıqov buranı da abad görmək istəyirdi. Bazarın qarşısındakı bərbadlığı abad etmək üçün “Saat meydanı” tikdirdi, burada kiçik bir park yaratdı. Mövcud bazarın sahibi də ona baxıb, içərini asfaltlaşdırdı, piştaxtaları yeniləşdirdi.
Xəstə düşüncə sahibləridir ki, ortaya köçürmə söhbətini salırlar. Heç kim heç kimi qanunsuz olaraq heç yerə köçürmək niyyətində deyil. İndi rəqabət zamanıdır. Hər kəs özünə sərfəli yolları axtarır, yerləri tapır. İqtisadiyyatın inzibati idarə olunması uzaq keçmişdə qalıb.
Təhqirə, şantaja yol verən, iftira, yalan və şərlə yüksək təminatlı həyat yaşamaq istəyənlərin aqibətini hamımız yaxşı görürük. Azərbaycan dövlətinin qanunları hər şeyi yerbəyer edir.Cənab Prezidentin etimadını ləyaqətlə doğruldan, dövlət siyasətinə sədaqət göstərən, icra hakimiyyəti başçısı kimi məsuliyyətini əməli fəaliyyəti ilə nümayiş etdirən Mirdaməd Sadıqov barədə ağzına gələni (“ağlına gələni” ifadəsini yazmıram) tirajlayanlar onun barəsində sərəncamçı deyillər. Özlərini bədbəxt etməsinlər. Öz işləri ilə məşğul olsunlar. Bəlkə biz az ağıllanasınız cənablar, Tanrını, haqqı ədaləti yada salasınız!
Günü-gündən yüksələn Azərbaycanda reket sayt və qəzet əməkdaşları belə sürətlə enməkdə davam etsələr, qısa zamanda ayaqlarda sürüncəklər.Məndən deməkdir.
Vahid Xəlilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.