İsmayıllıda gənclər Fəxri Xiyabanda

13-12-2016, 20:25           

teref.az - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin regional zona seçim turunda İsmayıllı komandası I yerə layiq görülmüşdü. Final yarışlarında iştirak etmək üçün komandamız İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərinə ezam edilmişdir. Yarışdan öncə İsmayıllı intellektualları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər qərənfillər düzmüşlər.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Ulu Öndərin keçdiyi həyat yolundan, onun ölkəmizə verdiyi müstəqillik töhvəsindən, çoxsaylı xidmətlərindən məktəblilərə danışmışdır.
teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.