İsmayıllı idmançıları rayon icra hakimiyyətinin rəhbərliyi ilə görüşdə ilə yekun vurublar. FOTO
25-12-2016, 01:15
teref.az - Heydər Əliyev Mərkəzində müxtəlif idman növləri üzrə il ərzində Respublika və Beynəlxalq yarışlarda qalib gələn idmançıların, onların məşqçilərinin rayon icra hakimiyyətinin rəhbərliyi və yerli federasiya bölmələrinin sədrləri ilə görüşü olub. Görüş daha çox hesabat xarakteri daşıyıb.
Tədbiri açan rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov qeyd edib ki, bütün illərdən fərqli olaraq 2016-cı ildə idman sahəsində daha çox uğurlar qazanılıb.Poverliftinq, Qoju-ryu karate, universal döyüş, qol güləşi, Kempo-karate idman növləri üzrə Avropa və dünya çempionatlarında 3 birinci, 3 ikinci və 1 üçüncü yer qazanılıb. Kamil Qafarov, Tuncay Əliyev, Eşqin Əsgərov, Toğrul Şahlarlı, İlkin Qarayev bu yarışlarda daha çox fərqləniblər.
Hacıhətəmli kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət futbol komandası respublika çempionatında ikinci yerə layiq görülüb. Azyaşlı Ayan Orucova bədii gimnastika üzrə Dubayda keçirilən beynəlxalq yarışda II yeri tutub.İdmançılarımız 17 Respublika, 7 Beynəlxalq miqyaslı yarışlarda iştirak ediblər. Onlar beynəlxalq yarışlardan 15 və Respublika yarışlarından 47 medalla rayona qayıdıblar. Idman və idmançılara cənab Prezident İlham Əliyevin göstərdiyi tükənməz qayğı və verdiyi böyük qiymət yarış qaliblərinin sayını durmadan artırır. Rayon icra hakimiyyəti rəhbərliyinin idmanın inkişafı ,idmanda qələbələrin stimullaşdırılması və dövlət idman siyasətinin geniş miqyasda reallaşması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Hər bir idmançının, hər bir komandanın nailiyyəti təqdir və təbliğ olunur, mükafatlandırılır.
Cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov, karate üzrə məşqçi Bayram Qəhrəmanov, OİK-nin direktor müavini, velosiped idman növü üzrə baş məşqçi Anar Həsənov,idmançılar Toğrul Əsgərli, Eşqin Əsgərov, bədii gimnast Ayan Orucovanın babası Rizvan Orucov çıxış edərək Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdığı, gəncliyə,idmançılara göstərdiyi qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildiriblər.
Karate idman növü üzrə Avropa çempionu, polis əməkdaşı Tuncay Əliyevin çıxışı hamının qəlbini riqqətə gətirib. O deyib:-“Biz qələbə çalıb Himnimizi səsləndirdikcə düşmənimizi də ayağa qalxmağa məcbur edirik. Odur ki, həmişə birinci yer uğrunda mübarizə aparmalıyıq”.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov uğur və nailiyyətləri təqdir edən çıxışında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın heç bir ölkəsində olmayan səviyyədə idmançılara qayğı göstərir, idmanının inkişafı, yetişən nəslin sağlam böyüməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir, 23 dekabr 2016-cı il tarixdə idmançılarla görüşündə onlara fəxri adların, Prezident təqaüdünün, Olimpiya medallarının,ən vacibi mənzillərin verilməsi bütün ölkə əhalisində razılıq və minnətdarlıq hissləri yaradıb. Bu qayğının yerlərə şaxələnməsinin nəticəsidir ki, rayonun idmançıları arasında indi dünya və Avropa çempionları, Beynəlxalq yarış qalibləri vardır.
2009-cu ildə tikilən Olimpiya İdman Kompleksinin ölkə başçısının tapşırığı ilə 2016-cı ildə əsaslı şəkildə yenidən qurulması və təmir edilməsi, velosiped istehsalı zavodunun işə başlaması rayonun idman həyatına yeni bir canlanma gətirib. Olimpiya İdman Kompleksinin rayon gənclər və idman idarəsi ilə birgə fəaliyyəti də bizi razı salır. Kompleks səmərli işləyir, bir çox Respublika yarışları təlim-məşq toplantılarına ev sahibliyi edir. Rayon miqyaslı yarışlar üçün şərait yaradır. Bugünkü nailiyyətləri başlanğıc hesab edir və sizdən daha böyük nəticələr gözləyirəm. Qaliblər həmişə diqqətimizdə olacaqdır.
İcra hakimiyyətinin başçısı təklifi, şəxsi məsələsi, problemi olan hər bir iştirakçını dinləyib, qaldırılan məsələlərin həlli yollarını göstərib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik və minnətdarlıq məzmunlu müraciət qəbul olunub.