"Tikmək-qurmaq kişilikdən nişanədir" - Oturduğu budağı kəsənlər şər-böhtandan əl çəkmir.
2-01-2017, 14:01
teref.az-nun poçtuna daxil olan İsmayıllı rayon sakinlərinin yazdıqları məktubu redaksiya oxuculara təqdim edir:
Oturduğu budağı kəsənlər şər-böhtandan əl çəkmir.
Azərbaycan əleyhinə olan “Azərbaycan saatı” gor eşməkdə davam edir. Qənimət Zahid kimi ələkçilərin İsmayıllıdan olan qılverənləri növbəti sərəncamın surətini yayımlayır. Avtovağzalın tikintisinə görə icra hakimiyyəti başçısını ittiham edir. İsmayıllıda nə tikilirsə, onun üçün verilən sərəncam qanuni olduğu üçün inşaat meydanının görünən yerinə vurulur. Avtovağzal tikiləndə də belə olub. Velosiped zavodunun işləməməsi, oraya rayon İcra Hakimiyyəti başçısının qohumunun rəhbərlik etməsi barədəki yazılar və yayımlar tamamilə yalan, böhtan və iftiradır. Biz yaşayırıq İsmayıllıda. Biz görürük rayonu, rayonda gedən işləri. Şeytanla eyni məqsədə qulluq edənlər təbiidir ki, hər şeyi əyri güzgüdə görməyə çalışırlar. Avtovağzalın vəziyyəti barədə heç olmasa onun müdiri Pərviz Əliyevdən soruşmaq lazım idi. Onda bilərdilər ki, Sumqayıta da, Bakıya da avtobuslar buradan yola düşür. İstənilən sahibkarla da avtovağzal müqavilə bağlamağa hazırdır. Lahıcın daşını bəzi başlara belə ağır olması anlaşılan deyil. Yalnız Lahıc avtobusu üçün avtovağzal tikilməsini iddia etmək ağıldan məhrumluq əlamətidir.
Keçmiş kişilər deyərdi “Tikmək-qurmaq kişilikdən nişanədir”. Rayon icra hakimiyyətinin başçısı nə vaxtsa vəzifədən gedəcək. Onda bu tikilənləri özü ilə aparacaqmı? Avtovağzal malikanədirmi, bağ evidirmi, kommersiya obyektidirmi? Adam nə dərəcədə çürük fikirli olmalıdır ki, əhalinin maraqlarına uyğun görülən işlərə qulp qoysun.
Allah ağıl versin və ya olub qalanını da şər-xətaların əlindən alsın.
İsmayıllı sakinləri,
Rövşən Əliyev
Fikrət Haqverdiyev
Vaqif Əliyev
Əhməd Qəmbərov və başqaları