“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir

16-05-2017, 13:32           
“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir
teref.az - “Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən “Nar” şəbəkəsi 6041 baza stansiyasını əhatə edir.

“Nar” Azərbaycanın hər bir bölgəsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb. Sərfəli qiymət, keyfiyyətli rabitə və bölgələr üçün xüsusi tariflərin tətbiqi nəticəsində bölgələrdəki “Nar” abunəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru