Eldar Əzizov Badamdarda sakinlərlə görüşdü
13-06-2017, 15:23
teref.az - Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda keçirilən «Əhali ilə aktiv gürüşlər aylığı» davam edir. Aylıq çərçivəsindəki növbəti görüş rayonun Badamdar qəsəbəsində baş tutmuşdur. Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat və digər xidmətlərin rəhbərlərinin, idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, gənclərin və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqalları və din xadimlərimlərinin iştrakı ilə 236 saylı orta məktəbdə ənənəvi olaraq açıq mikrofon formatında keçirilən görüşü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq sakinləri salamlamış, görüşün əsas məqsədinin Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq işləri, əldə olunan nailiyyətlər barədə əhaliyə ətraflı məlumat vermək və həmçinin qəsəbə sakinlərinin müraciətlərinin dinləmək, istək və təkliflərinin yaxından öyrənilmək olduğunu bildirmiş, eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın inkişafı və dünyada tanınmasındakı rolundan danışılmışdır.
Eldar Əzizov Prezident İlham Əliyevin tapşırıq və sərəncamlaına əsasən rayonda və o cümlədən Badamdar qəsəbəsində görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki, çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
Tədbirdə çıxış edən Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, qəsəbə sakinləri Baba Bayramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, «Cümə məscidi» dini icmasının sədri, axund hacı Surxay Məmmədli, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rüfət Gülalıyev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışdılar.
Görüşdə zalda quraşdırılmış mikrofonlar vasitəsi ilə 30-a yaxın sakinin təbii qaz, içməli su təchizatı, yolların vəziyyəti, məşğulluq, məktəbəqədər təhsil müəssisələri, qəsəbədə fərdi və çoxmərtəbəli evlərin tikintisi, sosial müdafiə, «Abad məhəllə» layihəsinin davam etdirilməsi və s. məsələlərlə bağlı verdikləri suallar dinlənilmiş, bu sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq geniş müzakirələr aparmışdır.
Sakinlər də öz növbəsində rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərinə, ölkədə yaradılan sabitlik və inkişafa görə olkə rəhbərinə öz təşəkkürlərini bildirmişlər.