İsmayıllıda “Qurtuluş” kuboku uğrunda futbol birinciliyi FOTO

16-06-2017, 22:55           

teref.az - İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluş” kuboku uğrunda idarə, müəssisə və təşkilatların futbol komandaları arasında yarış keçirilib.
İki gün davam edən yarışda 16 komanda iştirak edib. Finala rayon polis şöbəsinin və “İsmayıllı-Tikinti 27”-nin komandaları çıxıb. Gərgin və maraqlı keçən oyunun nəticəsi olaraq İsmayıllı Rayon Polis şöbəsinin komandası birinci olub və kuboka sahib çıxıb.
“İsmayıllı-Tikinti 27”-nin komandası ikinci yeri, Şamaxı Regional Mühafizə bölməsinin komandası isə üçüncü yeri tutub.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və kubokları verilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru