İsmayıllıda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub.

18-06-2017, 22:47           

Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub.
teref.az - Hər il olduğu kimi bu il də Tibb işçilərinin peşə bayramı rayon mərkəzi xəstəxanasında qeyd olunub. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasının baş həkim müavini Abdullətif Maqsudov açaraq səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, çətin və fədakar fəaliyyətində onlara uğurlar arzulayıb. Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova tibb işçilərini təbrik edib, dövlət səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışıb.
Yekunda bir qrup qabaqcıl tibb işçisinə RİH başçısının Fəxri Fərmanı təqdim edilib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.