Qazaxlılar Babaşova görə Prezident İlham Əliyevə minnətdardırlar FOTO

19-06-2017, 16:18           

Düz bir ildən artıqdır ki, Qazaxda başlanmış geniş miqyaslı quruculuq-abadlıq işləri yüksək səviyyədə davam etdirilir. Şəhərin girəcəyində sabiq icra başçısı Rauf Hüseynovun vaxtında postamentin üstünə qoyulmuş yelkənə oxşayan at heykəli yerə endirilərək, əvəzində böyük zövqlə işlənilən yeni at heykəli uca bir postamentin üstünə yerləşdirilmişdir. Qazaxın mədəniyyətinə, şair və yazıçılarına, elminə uyğun şəkildə şəhərin girişində murad rəmzi olan heykəlin ətrafı təbii gül-çiçəklərlə bəzədilmiş, işıqlanma sistemi ilə təchiz edilmişdir. Artıq hiss edirsən ki, Qazaxa daxil olursan. Bəli, deyilənlər həmişə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adı ilə bağlıdır. Eyni ilə rayondakı hər şəhidin xatirəsinə tikilmiş bulaqlar da əhalidən icra başçısı üçün minnətdarlıq rəmzini bildirir.
Rayonun kəndlərində də canlanma vardır. Həftənin hər 5-ci günü başçının qəbuluna gələnlər artıq bir neçə nəfərə çatıb. Halbu ki, Babaşov rayona yeni gələndə qəbula gələnlər o qədər saysız idi ki, 1 gün bəs etmirdi. İcra başçısı Babaşovun həftədə 3 kənddə olması, əhali ilə yerində görüşməsi, onların arzu və təkliflərini dinləyərək həmin an həll etməsi şikayətçilərin sayını sıfıra endirib. Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən böyük istəklərindən biri də, məhz bu olub. Rayonda Babşovun qəbuluna gələn artıq yoxdur, üstəlik aidiyyəyi yuxarı orqanlara da heç bir sahə üzrə şikayət məktubları daxil olmur. Qazax əhalisi nəinki Qazaxa, hətta bütün rayonlara Rəcəb Babaşov kimi icra başçısının göndərilməsini arzulayırlar.
Qazaxda qeyd etdyimiz kimi zaman-zaman yığılıb qalmış problemlər günbəgün həllini tapır. Hətta, imkansızlara, ailə vəziyyəti çətin olanlara və kimsəsizlərə imkan daxilində maddı və mənəvi köməkliklər olunur. Deyərdik ki, Qazax 106 və 107 Saylı Seçki Dairəsindən seçilmış deputatlar da tərslik kimi icra başçıları kimi zəif, özünü düşünən və görüşə gələndə yalnız icra başçısının kabinetində əlini sıxaraq, oradan da Bakıya yola düşüblər. Lakin Rəcəb Babaşovun Qazaxa qayğısı deputatlarımızın da fəallığını artırıb. Heç olmasa ayda 1 dəfə rayon əhalisi seçdikləri deputatlarla görüşür, dərd-sərlərini bölüşürlər. Kamran Nəbizadə və Ülviyyə xanım Ağayeva seçiciləri qarşısında alını açıq, üzləri ağdırlar. Hər iki deputat qazaxlılara maddi və mənəvi köməkliklərini əsirgəmirlər. Rayon əhalisi namizədliklərini verərlərsə gələcəkdə də həmin deputatları birmənalı şəkildə dəstəkləməyə hazırdırlar. Onu da bildiririk ki, bəlkə də bu da Qazaxın tarixində ilk dəfədir ki, rayon camaatı bu fikirdədir.
Sirr deyil ki, Qazaxda rüşvətxorluq və korrupsiya hallarına son qoyulub. Heç kim deyə bilməz ki, Rəcəb Babaşovun rəhbərliyi altında olan idarə, müəssisə və təşkilatlarda hansısa rüşvətxorluğa rast gəlmək mümkündür. Süründürməçilk və büraokratik əngəlliklər törədənlər haqlı olaraq yerindəcə cəzalandırılır. Bunun nəticəsidir ki, əvvəlki icra başçılarının dövründə pulu olmadığına görə boş iş yerlərinə düşə bilməyənlər, artıq indi ətalətdən qurtaraq işə düzəliblər. Övladlarına 1 tikə çörəyi rahatca apara bilirlər. Bu ifadələr heç də boğazdan yuxarı deyilmir. Özünü də və insanlığı dərk edən hər bir şəxs yəqin ki, deyilənləri də yaxşı başa düşər.
“Nəyisə bağışlayaram, amma rüşvətxorluq və korrupsiyaya qarşı barışmaram” deyən icra başçısı Qazaxda gənc kadrların yerləşməsinə, dövləti və dövlətçiliyi dəstəlkəyən kütləvi tədbirlərin keçirilməsinə həmişə önəm verir. Bu da Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin dəstəklənməsində başlıca amildir.
Qazaxda deyilənlərə yanaşı Rəcəb Babaşov haqq adamı kimi də tanınıb. Hüququ tapdanan, haqsızlıqla üzləşən insanlara da yaxından yardımçıdır.
Bəli, gəldiyi cəmi 1 il 1 ayda Qazax və qazaxlılar üçün o qədər işlər görülüb ki, rayona gələn qonaqlar da təəccüb içərisindədirlər. Amma özünün dediyi kimi, “Qazaxın inkişafı üçün qarşıda duran məsələlər bu günə kimi görülən işlərdən daha çoxdur”. Ona görə aclıq, susuzluq, yorğunluq bilməyən icra başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmək üçün hər an düşünür, götür-qoy edir, onun qarşısında verdiyi sözləri doğrultmaq üçün bütün varlığı ilə çalışır.
Bu nəzərdən hazırda qazaxlılar öz icra başçısına inanır, onu öz gələcəkləri naminə
qoruyur və yüksələn xətlə müdafiə edirlər.
İlham Hacalı
Vəkil Rüstəm













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.