“Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk”

20-07-2017, 14:14           
“Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk”
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərin evlə təmin olunması ilə bağlı prezident İlham Əliyevə minnətdarlıq edib.

teref.az Apa-ya istinadən xəbər verir ki, Ə. Amaşov jurnalistlərimiz dövlət başçısının sayəsində zəhmətlərinin müstəsna bəhrəsini gördüklərini bildirib.

"Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk.

Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq", – deyə Ə. Amaşov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.