"Microsoft"un “Azure” xidməti Qırmızı dənizdəki kabel zədələnməsinə görə yavaşladı

Bu gün, 08:34           
"Microsoft"un “Azure” xidməti Qırmızı dənizdəki kabel zədələnməsinə görə yavaşladı
"Qırmızı dənizdə beynəlxalq sualtı fiber-optik kabellərin zədələnməsi nəticəsində “Azure” bulud xidmətinin bəzi istifadəçilərində məlumat axınında ləngimələr müşahidə olunur"

Valyuta.az xəbər verir ki, bu məlumatı “Microsoft” açıqlayıb.

Şirkətin məlumatına görə, problem əsasən Yaxın Şərq marşrutları üzərindən keçən xətlərə təsir edib. Digər istiqamətlərdə isə xidmət sabitdir.

“Biz Yaxın Şərq üzərindən keçən bəzi xətlərdə daha yüksək gecikmələrin olacağını gözləyirik. Digər marşrutlar təsirlənmir. Məlumat axını alternativ yollarla yönləndirilib və xidmət tam dayandırılmayıb,” – deyə “Microsoft” bildirib.

Qeyd edək ki, Azure “Amazon Web Services”dən (AWS) sonra dünyanın ikinci ən böyük bulud xidməti təminatçısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru