Gəncə şəhərində ev tikintisi zamanı uçqun baş verib. Ajans.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Tikinti zamanı baş verən uçqun nəticəsində 1985-ci il təvəllüdlü usta T.Kərimov dağıntılar altında qalaraq həyatını itirib.
İlkin məlumata görə, üç nəfər dağıntılar altından xilas edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.