Balıkesirin Sındırgı rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Saat 12:35-də baş verən zəlzələ Balıkesirlə yanaşı ətraf vilayətlərdə və İzmir şəhərində də hiss olunub. Yeraltı təkanların ocağı yerin 7,72 kilometr dərinliyində yerləşib.
Saat 12:41-də isə 4,1 bal gücündə və 9,96 kilometr dərinlikdə ikinci bir zəlzələ baş verib.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ ətraf vilayətlərdə də hiss olunduğundan AFAD və digər aidiyyəti qurumların bütün komandaları sahə yoxlamalarına başlayıblar.