Peskov: “Putin səfərlər zamanı seriallara, filmlərə baxır”

Bu gün, 00:06           
Peskov: “Putin səfərlər zamanı seriallara, filmlərə baxır”
“Rusiya Prezidenti Vladimir Putin tarixi filmlərə və seriallara üstünlük verir”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda TASS-a bildirib.

Kremlin sözçüsü əlavə edib ki, dövlət başçısı bəzən uçuşlar və səfərlər zamanı da seriallara, filmlərə baxır.

Peskovun sözlərinə görə, siyasətçi əsasən rus filmlərinə üstünlük verir. O qeyd edib ki, Putin nəyə baxacağını özü seçir, ancaq qohumlarının, dostlarının, həmkarlarının da məsləhətlərinə qulaq asır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru