Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib

Bu gün, 08:41           
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.

Reuters agentliyi xəbər verir ki, ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.

"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.

Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.

Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru