Səbail rayonunun məktəblərində təmir işləri aparılır

3-08-2017, 10:36           

teref.az - Ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən son illərdə paytaxt Səbail rayonunda 1 yeni orta məktəb inşa olunub, 2 məktəb binası sökülərək yenidən tikilib, 4 məktəb üçün əlavə tədris korpusu tikilib, digər orta təhsil müəssisələri isə əsası təmir olunub.
Hazırda yay mövsümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsi, Ömər Faiq Nemanzadə küçəsində yerləşən 162 saylı orta məktəbdə əsaslı təmir-yenidənqurma işləri aparılır.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirmişdir ki, qəzalı vəziyyətdə olan məktəb binası 1936-cı ildə inşa edilib, Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı yerləşdirilib. 1947-ci ildən etibarən bina uyğunlaşdırılmış məktəb binası kimi fəaliyyət göstərir. Məktəbdə 1385 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Uzun müddət əsaslı təmir olunmadığına görə RİH tərəfindən bu ilin may ayından etibarən məktəbdə əsaslı təmirə başlanılıb.
Çox qısa zaman ərzində məktəbin istilik və elektrik sistemi yenilənib, qapı və pəncərələr dəyişdirilib, idman və akt zalında isə təmir işləri intensiv davam edir. Hal-hazırda binanın fasadı əsaslı təmir olunur. Təmir bitdikdən sonra məktəb hər cür avadanlıq və dərs ləvazimatları ilə təmin olunnacaqdır.
Hazırda rayonun Badamdar qəsəbəsi 239 saylı orta məktəbdə də əsaslı təmir işləri aparılır və hər iki məktəbdə təmir işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.