İsmayıllıda “Qızlar düşərcəsi-1918”
22-08-2017, 17:29
teref.az -21 avqust 2017-ci il tarixdə Beynalxalq Təhsil üzrə Amerika Şurası “ Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə “Çinar” istirahət mərkəzində “ Qızların düşərgəsi-1918”nin açılışı olub. Düşərcəyə ölkənin müxtəlif bölgələrindən 14-16 yaşlı 42 nəfər qız cəlb olunub. Açılışda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib. Layihənin keçirilməsində məqsəd gənc qızlara həyat bacarıqlarını öyrətməklə yanaşı, onları gələcək karyera qurmağa və ölkənin sosial-iqtisadi inkişafına töfhələr verməyə hazırlamaqdır. Bundan əlavə layihədə gənclərin informasiya texnologiyaları və sahibkarlıq sahəsində bacarıqlarını artırmaq, maliyyə vəsaiti əldə etmək yollarını öyrətmək, “startap”lar yaratmaq, bizneslərin idarə edilməsi və marketinq fəaliyyəti göstərmək bacarıqlarını aşılamaq nəzərdə tutulur. Tədbirdə iştirak edən RİH-başçısının müavini Sevil Əhmədova İsmayıllıda gənclərin intellektual, elmi, sosial inkişafı üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. Ölkədə dövlət gənclər siyasətinin uğurlu inkişafından danışan RİH-nin rəsmisi gənclərin xüsusi dəstəyə ehtiyacı olduğunu söyləyib. Bu gün Azərbaycan gənclərinin təhsili və əmək fəaliyyəti üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını bildirib. Sonra gənc qızların liderlik, təhsil, vətənpərvərlik və s sahələrlə bağlı çoxsaylı sualları cavablandırılıb.