QHT-lərin fəaliyyətinin mediada işıqlandırılması durumu necədir? – Monitorinqin nəticələri

23-08-2017, 19:06           

“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “QHT-media əlaqələrinin inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində bu mövzuda ölkə mediasında monitorinq keçirib.
Monitorinq həm media resurslarını, həmçinin ictimai sektor təmsilçilərini əhatə edib. Araşdırmalar göstərir ki, ölkəmizdə dövlət qeydiyyatından keçən QHT-lərin sayı 4000-dən artıqdır. Ancaq təəssüflər olsun ki, QHT-lərin fəaliyyəti, icra etdikləri layihələr haqqında ictimaiyyət bir çox hallarda ətraflı məlumata malik deyil. Bu, QHT-lərin fəaliyyətinə dair məlumatların media qurumları tərəfindən geniş işıqlandırılmamasından irəli gəlir.
İcra etdiyimiz monitorinq ölkədə aktiv fəaliyyət göstərən saytlar, qəzetlər, Facebook sosial şəbəkəsi üzərindən, həmçinin, bir sıra QHT rəhbərləri ilə sorğu əsasında aparlıb.
Müsahiblər qeyd ediblər ki, Şuranın qhtxeber.az saytı istisna olmaqla digər media qurumları QHT layihələri ilə bağlı press-relizləri davamlı şəkildə yayımlamır. Bunun başlıca səbəbi QHT-lərin media qurumları ilə əlaqələri lazımi səviyyədə qura bilməmələri və məsələyə peşəkar aspektdən yanaşmamalıdır.
Qeyd olunub ki, QHT-lərin bu sahədə təcrübəsi azdır. QHT-lərin bir çoxunda adətən media ilə əlaqələr üzrə məsul şəxs olmur, layihənin icrasını həyata keçirən təşkilat üzvləri press-reliz hazırlayaraq KİV-ə göndərirlər. Buna görə də QHT-lərin yayımladıqları açıqlamalardakı informasiya yükü, zəruri piar elementləri az, ədəbi dil qüsurları isə çox olur. Bu da nəticədə həmin QHT-lərin fəaliyyətinə dair məlumatların media orqanlarında yayımlanmamasına gətirib çıxarır.
Münasibəti öyrənilmiş media rəhbərləri isə qeyd ediblər ki, onlar daha çox maraqlı xəbər əldə etmək siyasəti həyata keçirirlər. Bu baxımdan, hansısa maraqlı layihə, hansısa QHT-nin üzə çıxardığı problemlər, orjinal və cəmiyyət üçün gərəkli sosial aksiyalar olanda həmin xəbərləri məmnuniyyətlər öz media orqanlarında yerləşdirirlər.
3 aylıq monitorinq nəticəsində bəlli olub ki, QHT-in fəaliyyəti ilə bağlı xəbərlərin mediada günlük işıqlandırılması faizi bu şəkildədir:

Saytlarda 20 %,
Qəzetlərdə 10 %
Televiziyalarda 3 %

Sorğuda iştirak edən media qurumlarının təmsilçiləri, QHT rəhbərləri hesab edirlər ki, problemləri aradan qaldırmaq üçün seminar və təlimlərin keçirilməsinə, əməkdaşlığın müasir tələblər çərçivəsində qurulmasına ehtiyac var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.