Yaponiyanın İto şəhərindən gələn qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar.

25-08-2017, 00:08           
Yaponiyanın İto şəhərindən gələn qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar.
teref.az - Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gediblər. 24 avqust 2017-ci il tarixdə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ailələrdə mehribanlıqla qarşılanan İto şəhərinin nümayəndələri milli mətbəximiz, adət-ənənələrimizlə yaxından tanış olublar.
Səfər çərçivəsində qonaqlar Qəbələ, Şəki və Şamaxı rayonlarına da səfər ediblər.
Yolasalma mərasimində müəllim İnaba Naoka qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, 1 saylı tam orta məktəbin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru