Göyçay İcra başçısı Heydər Əliyev Parkını xidməti avtomobili üçün park yeri edib - FOTOFAKT

5-09-2017, 20:15           

teref.az - Parklar insanların asüdə vaxtlarını keçirməsi, istirahət etməsi üçün nəzərdə tutulan məkanlardır. Bu obyektlərin tikintisi üçün böyük pullar ona görə xərclənir ki, insanlar istirahət edə, boş vaxtlarını keçirə bilsinlər. Amma bəzən parkın təyinatını səhv salanlar da olur…

Belələrindən biri də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadədir. Aşağıda təqdim etdiyimiz fotolarda əks olunan maşın icra başçısının xidməti avtomobilidir. 22 AA 001 seriyalı avtomobil burda tez-tez dayanır.


Sözügedən park Göyçayın mərkəzində yerləşən Heydər Əliyev Parkıdır. Bir tərəfində Heydər Əliyev mərkəzi, bir tərəfində isə Göyçay Gənclər Mərkəzi yerləşir. Dayanacaqla parkı səhv salan səhv salan icra başçısı isə xidməti avtomobilini bu iki mərkəzin ortasında – parkın mərkəzində saxlamaqla parkda gəzənlərin hərəkətinə mane olur. Və bu hadisə demək olar ki, hər gün təkrarlanır.

Qaynarinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru