İmişli ağsaqqalları etiraz etdi...
12-09-2017, 20:30
Son zamanlar bir neçə xəbər saytlarında yazılan qərəzli yazılar İmişli rayon ictimaiyyətinin hiddət və qəzəbinə səbəb olmuşdur.
Bu səbəbdən rayon ictimaiyyəti və ağsaqqaları adından Bəşirov Bəşir tərəfindən yazılmış bu məktubu saytınızda getmiş tənqidi məqalələrə cavab olaraq sizə göndəririk.
“Bu günə qədər İmişli rayonunda adı çox böyük hörmətlə çəkilən sovetlər dönəmində rayonumuzda birinci katib işləmiş Qadir İsmayılzadədən sonra demək olar ki, İmişli rayonunda qurucluq və abadlıq işləri ilə bağlı bir durğnluq yaşanırdı.Lakin, 2012-ci ilin aprel ayında rayonumuza İcra Başçısı təyin olunan Vilyam Hacıyevin gəlişindən sonra bu durğunluq aradan qaldırılaraq rayonumuz böyük bir tikinti meydanına çevrildi.Bir birinin ardınca tikilən sosial obyektlər, müəssisələr, ucqar kəndlərə çəkilən asfalt yollar, qaz və su xətləri bunun bariz nümunəsidir. Bütün bu göstərilənlərlə bərabər V.Hacıyev təhsilə də böyük önəm verir.Belə ki, İmişli rayonunun mərkəzindən çox uzaq olan kəndlərdə belə, müasir standartlara cavab verən yeni və təmirli məktəblər sakinlərin ixtiyarına verilmişdir.
Imişli camaatı üçün bu qədər xeyirli və faydalı işlər görən insan haqqında kimlərinsə diqtəsi ilə yazılan qərəzli məlumatlar biz imşlililərin qəzəbinə səbəb olur.
Əgər onun qəlbində dövlətinə, onun bayrağına böyük sevgisi olmasaydı Bakı şəhərindəki bayraq sonra rayonlar arasında yüksəkliyinə görə ən hündürdə dalğalanan bayraq İmişli rayonunda ucalmazdı.Onun bayrağa olan sevgisi bunula da bitmir.Yaxın günlərdə başçımızın təşəbbüsü ilə rayonda bayraq muzeyinin də inşası gözlənilir. Bunu deyərək bildiririk ki, o saytlarda bayraqla bağlı qərəzli yazılar verən insanların bayrağa olan sevgisi İmişli rayon İcra Hakimiyyətin başçısı cənab Vilyam Hacıyevin bayrağa olan sevgisindən heç də artıq deyildir.Onu da sizlərə xatırladaq ki, “iş olan yerdə nöqsanlar da olar” deyimi vardır. Adi nöqsanları bu qədər şişirdib, siyasiləşdirməyə dəyməz.
Ən çox sadə İmişlililərin qəzəb və hiddətinə səbəb olan yazılardan biri sadə ailədən çıxmış insanın öz bacarıq və savadı hesabına inkişaf etməsinə kinayə ilə yanaşılmasıdır.Əslində biz bu insanlara daha çox hörmət və ehtiramla yanaşmalıyıq ki, onlar öz zəhməti, bacarığı, istedadı, millətinə və dövlətinə olan sevgisi hesabına inkişaf edərək ucalmışlar.
Başçımızın yaxın günlərdə aldığı “Vətənə Xidmətə görə Ordeni” biz İmişlililəri çox sevindirir və dövlətimizin rəhbəri prezident cənab İlham Əliyevin başçımızın gördüyü işlərə verdiyi qiymətin sübutu hesab edirik.
Ancaq bunu gözü götürməyən bəzi insanlar şəxsi münasibətləri siyasiləşdirərək, onun adının üzərinə kölgə salmaq istəyirlər.Əslində Rusiyanın Azərbaycandakı səfiri ilə İmişli rayon başçısı arasındakı səmimi münasibətlərin açıqlaması budur ki, rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin məqsədi bu münasibətlərdən istifadə edərək rusiyalı iş adamlarını İmişliyə gətirmək , rayonda yeni iş yerlərinin açılmasına, rayon sakinlərinin firavan yaşamasına nail olmaqdır.
Buna görə də biz tələb edirik ki, bizim rayonun başçısı, dövlətini və xalqını sevən ziyalı bir insan haqqında belə qərəzli yazılar yazılmasına son qoyulsun.
Bəşirov Bəşir"