İsmayıllıda yeni bir xeyirxah əməl

12-09-2017, 20:36           
İsmayıllıda yeni bir xeyirxah əməl
teref.az - İsmayıllı Rayon İcra Hakimiyyəti müntəzəm olaraq müxtəlif forma və məzmunlu humanitar aksiyalar keçirir, ehtiyaclı ailələri və onların məktəbli uşaqlarını diqqətdə saxlayır, sosial həyatları və fəaliyyətlərinə dəstəkçi olur.
Xalqın xidmətçisi olmaq, tapşırığını məsuliyyətlə icra edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yeni dərs ili ərəfəsində bu sıradan daha bir xeyirxah əməli həyata keçirib. Bir qrup aztəminatlı, Qarabağ müharibəsi əlili və şəhid ailəsinin uşaqlarına rayon icra hakimiyyətində məktəbli forması təqdim olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqlara məktəbli forması ilə birgə sevinc bəxş edib. “Bilik günü” münasibətilə valideynləri və uşaqları Mirdaməd Sadıqovun adından təbrik edib.
Valideynlər yetişən nəslə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq, RİH-nin başçısına xeyirxah əməlinə görə təşəkkür ediblər
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru