İsmayıllıda regional cüdo yarışı

9-10-2017, 20:33           

teref.az - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Respublika Cüdo Federasiyasının təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində Şimal zonası üzrə regional Cüdo yarışı keçirilib. Yarışda Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının 2001-2003 və 2004-2006-cı il təvəllüdlü yeniyetmə idmançıları iştirak ediblər.
Federasiyanın nizam-intizam komitəsinin sədri Ruzbeh Vəliyev yarışın açılış mərasimində çıxış edib, idmançıları salamlayıb və yaratdığı şəraitə görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.
İsmayıllı rayon icra hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov çıxış edib, İsmayıllıda bütün növ idman yarışlarının və təlim məşq toplantılarının keçirilməsi üçün yaradılan nümunəvi şəraitdən, rayon idmançılarının uğurlarından danışıb və idmançılara uğurlar arzulayıblar.
Yarışların baş hakimi, Federasiyanın hakimlər komitəsinin üzvü, Beynəlxalq dərəcəli hakim Arzu Acalova yarışın başlandığını bildirib. İlk döyüşdə İsmayıllı cüdoçusu qalib gəlib.
Yarışlar iki gün davam edəcək.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.