Nəsimi rayonunda ahıl vətəndaşlarla görüş keçirilmişdir.

10-10-2017, 18:00           

Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağbirçəklər cəmiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqillik günü ərəfəsində rayonun 200 – dən artiq ahıl vətəndaşları ilə Ambassador otelinin akt zalında görüş keçirilmişdir.
Tədbirin əvvəlində “Ahıl vətəndaşların cəmiyyətimizdə rolu” mövzusunda video çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon Ağbirçəklər cəmiyyətinin sədri Zərifə Quliyeva cəmiyyətin yaranması zəruriliyindən və rayonun ictimai – siyası həyatında ahıl vətəndaşların o cümlədən ağbirçəklərin rolundan geniş danışmışdır. Bildirmişdir ki, tarix boyu millətimiz tərəfindən daim ağbirçəklərə diqqət və qayğı ilə yanaşılmışdır. Ümummilli Liderimiz, Ulu öndər Heydər Əliyev istər ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə, istərsə də ikinci dəfə xalqın tərkidi ilə hakimiyyətə qayitdıqdan sonra həmişə ahıl vətəndaşlara böyük diqqət və qayğı göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi bu sahədə də Heydər Əliyev ideyalarını uğurla və layigincə davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyeva daim ahıllara diqqət və qayğıyla yanaşır, onların problemlırinin həlli istiqamətində ciddi işlər görür. Z.Quliyeva çıxışına davam edərək tədbir iştirakçılarını qarşıdan gələn 18 oktyabr – Müstəqillik günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, Dövlət Müstəqilliyimizin bərpasından ötən 26 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prossesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşlarımız üçün əsl qürur mənbəyidir.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva bildirdi ki, hər il oktyabr ayının 1-də dünyanın bir çox ölkələri Beynəlxalq Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.
Ümummilli Lider Heydər Əliyev ahıllara həmişə diqqət və qayğı ilə yanaşır, onlara xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva çıxışına davam edərək qeyd etdi ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Ahıl vətəndaşlara göstərilən diqqət və qayğı siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qayğısı onların sosial rifahının yaxşılaşdırılmasına xidmət etmişdir.
Çıxışını davam etdirən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva qeyd etdi ki, bu gün Nəsimi rayonunda əhalinin 7378 nəfərini yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 2521 nəfəri kişi, 4857 nəfəri qadındır. Dövlət Sosial Müdafıə Fondunun Nəsimi rayon şöbəsinin Sosial xidmət sektorunda 277 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 277 ahıl vətəndaşdan 238 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 49 nəfəri kişidir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır.
Rayonda yaşayan ahıllar Respublikamızın, o cümlədən rayonun ictimai – siyasi həyatında fəal iştirak edirlər. Bu günlərdə respublikamızın müstəqilliyinin 26 ili tamam olur. Respublikamızın müstəqillik əldə etməsində bu gün ki, ahıl vətəndaşlarımızın böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadı sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən sayasi sistemə, dövlət – vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib.
Tədbirdə çıxış edənlər – Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, ATU-nun uşaq stomotologiyası kafedrasının müdiri Rəna Əliyeva və digərləri dövlətimiz tərəfindən ahıl vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, qarşıdan gələn 18 oktaybr – Müstəqillik günü münasibəti ilə tədir iştirakçılarını təbrik etmişlər.
Tədbirin sonunda bir qrup ahıl vətəndaşlara hədiyyələr təqdim olundu.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.