Səbail rayonunda narkomaniya əleyhinə silsilə tədbirər keçirilir FOTO

13-10-2017, 11:15           
Səbail rayonunda narkomaniya əleyhinə silsilə tədbirər keçirilir FOTO
teref.az - Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə aylıq çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda növbəti tədbir Badamdar qəsəbəsindəki 239 №-li tam orta məktəbdə keçirilmişdir.

239 №-li tam orta məktəbin diriktoru, əməkdar müəllim Sədaqət Əzimova tədbirdə iştirak edən qonaqları təqdim edərək tədbirin məqsədi barədə məlumat verdı. Bildirdi ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını və genefond üçün mühüm təhlükə olduğunu bildirən Sədaqət Əzimova bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Səbail rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik Sadiq Mədətov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdi ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğuladı. Qeyd olundu ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbirdə çıxış edənlər İçəri şəhər “Həzrət Məhəmməd məscidi” dini icmasının axundu hacı Sadiq Əsgərov, Səbail RPİ-nin əməkdaşları mayor Ədalət Ağayev, baş leytenantlar Bəhrəm Qasımzadə və Pərviz Cavadov, müharıbə veteranı Nizaməddin Məsməliyev yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verdilər.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı, narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.