Goreşənlər yenə də fəaliyyətlərini canlandırırlar.

16-10-2017, 16:03           

Hörmətli həmkarlar, xeyli müddətdir ki,sizə yazı göndərmirdim. Yaşıma görə bir az sağlamlıq problemlərim vardı. Şükür Allaha ki, indi elə bir narahatlığım yoxdur. Lakin İsmayıllıda bir iki nəfər mənəvi xəstə var ki, sağalmaz dərdə düşüb, şər-böhtan yolu tutmaqla vəzifəyə gəlmək istəyir. Bu istəyi də yalanlar, iftiralar,şər-böhtanlar formasında özlərinə oxşar sayt redaktorlarına göndərirlər. Mən də belə cəfəng sərsəmləmələri oxuyanda adamın özünü ayaqlar altına atmasından narahat oluram. İstəmirəm ki, kimsə özünə şərəfsizlik gətirsin.
Son günlər yenə də bəzi saytlarda əsassız olaraq torpaq məsələləri qaldırılır, siyahılar verilir, ittihamlar irəli sürülür. Heç birinin də əsası yoxdur. Bu öz yerində. Lakin başını kola salan dəvənin arxası çoxdan görünür. Torpaqla bağlı bütün məlumatlar, sənədlər, cədvəllər ləğv olunmuş İsmayıllı rayon torpaq şöbəsinin keçmiş müdiri Rövşən Behbudov tərəfindən dövriyyəyə buraxılır.
Məsləhətdir ki, hər kəs öz yerində, işində, fəaliyyətində ağıllı olsun. Şər böhtanla hələ kiminsə vəzifəyə gəlməyinin şahidi olmamışam. Belələrinə dəmkeşlik edən KİV işçisidə heç bir istəyinə nail ola bilməyib.
Fəaliyyətlərini yenidən canlandırmaq fikrinə düşən goreşənlərin bu yazını oxuması yerinə düşərdi.

Vahid Xəlilov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru