Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi - FOTO
17-10-2017, 13:13
“
teref.az - “TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında “Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində “Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. “Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, “TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.
“Nar TaxFree” tətbiqi sayəsində “Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir. “Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.
Tətbiqdən yararlanmaq üçün “6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün “Nar” istifadəçiləri istifadə edə bilərlər. “Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.