Səbail rayonunda 2017-ci ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

17-10-2017, 18:32           

teref.az - Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. Bildirdi ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. doqquz ayda qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb, ölkədə 226 min yeni iş yeri açılıb.
Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb oçağının tikilib, təmir edildiyini qeyd edən Eldar Əzizov bildirib ki, “Prezident İlham Əliyevin hakimiyyəti sosial yönümlüdür və maarifçi xarakter daşıyır”.
Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsinə çatıb. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəricləridir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin doqquz ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 9 ay ərzində iri sənaye müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,6 faiz artmışdır.
Rayonun iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 327,5 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,0 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 97.1 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz cox olmuşdur.
9 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 310.2 milyon manat və ya 1,9 faiz çox olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 4 milyard 462.9 milyon manat olmuşdur.
9 ayda rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 689.3 milyon manat məbləğində və ya 46.3 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə 219.4 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 5.4 faiz çoxdur.
2017-cı ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114593 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1478 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 12.2 % çoxdur.
9 ay ərzində Səbail rayonda 3038 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2017-ci il tarixinə kimi 54383–ü daimi olmaqla 57851 yeni iş yerləri açılmışdır.
Qeyd olunmuşdur ki, rayonda yeni “İnterkontinental” və “Dinamo” mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin və Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçası sökülərək yenidən tikilib və ilin sonunda bağça iştifadəyə veriləcəkdir.
Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsində 2 ədəd iri tutumlu su anbarının tikintisı bitib, qəsəbənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.
Iyunun 20-də Prezident cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilmiş binanın açılış mərasımı keçirilmiş və mərasimdən sonra cənab Prezident jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoymuşdur.
Ölkə başçısının tapşırığına əsasən may ayından etibarən RİH tərəfindən 162 №-li orta məktəbdə və Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsindəki 239 №-li orta məktəbin köhnə binasında əsaslı təmir-yenidənqurma işləri aparılıb. Sentyabrın 11-də Prezident cənab İlham Əliyev hər iki məktəbdə olmuş, məktəblərin binalarında yaradılan şəraitdən razı qaldığını bildirmişdir.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 12-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Daha bir neçə ünvanda yeni bina tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
RİH tərəfindən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 80 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə 5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür.
Ölkə başçısının xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni orijinal İdman və istirahət parkı salınaraq burada sakinlərin istirahəti üçün hər cür şərait yaradıladılmışdır. Park istifadəyə verildikdən sonra gözəl bir məkana çevrilən ərazi sakinlərimizin sevimli toplantı yerinə çevriləcəkdir.
RİH-nin “Abad məhəllə” layihəsinin davamı olaraq rayonun Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllənin” yaradılması ilə bağlı yeni layihə hazırlanmış və yaxın vaxtlarda bu layihə həyata keçiriləcəkdir.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, RİH-nin təşkilatçılığı ilə «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilmiş, klassik musiqi konsertləri, rəsm sərgiləri, çoxsaylı iməcliklər, orta məktəblərdə tarix konfransları, yeniyetmələrin yay istirahətlərinin təşkili ilə bağlı tədbirlər keçırılmışdir.
Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması, yeniyetmələrin asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni yaşıllıq sahələrinin yaradılması və əvvəl əkilən ağaclara qulluq göstərilməsi, rayon ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, mövcud MTK-lərdə xidmət haqlarının məbləğinin müəyənləşdirilməsi, rayonda yaradılan xostellərin fəaliyyəti və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıidə Bayramovaya «Dövlət qulluğunda fərqlənməyə görə» medalı təqdim olunmuşdur.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.