İsmayıllıda ümummilli liderin anım gününə həsr olunmuş ağacəkmə aksiyası
6-12-2017, 19:46
teref.az - İsmayıllı Rayon İcra Hakimiyyəti YAP İsmayıllı Rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib. Diyallı bələdiyyəsi ərazisində keçirilən aksiyada rayon icra hakimiyyətinin, bir sıra idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatı şurasının üzvləri, gənclər, Diyallı kəndinin fəalları iştirak ediblər. İDEA İctimai Birliyinin yaşıllaşdırma hərəkatının davamı olaraq 5 hektar sahədə 3 mindən çox fındıq tingi əkilib. Cənab Prezident İlham Əliyev ağac əkininə yaxın ərazidə tikilmiş Velosiped zavodunun açılışında fındıqçılığın valyuta gətirici əhəmiyyətindən danışıb və bu sahənin inkişaf etdirilməsi üçün tapşırıq vermişdi. Yeni fındıq bağı salınması bir daha göstərdi ki, bu tapşırıq İsmayıllıda uğurla icra olunur.