Kamran Babazadə BDU-da anıldı

9-04-2018, 10:13           

2015-ci ildə avtomobil qəzasında faciəli şəkildə həlak olmuş mərhum tələbə Kamran Babazadənin ömür yolundan bəhs edən "19-cu bahar” adlı kitabın və klipin təqdimat mərasimi olub.

AZXEBER.COM xəbər verir ki,Bakı Dövlət Universitetində baş tutan mərasimdə müəllim və tələbələrlə yanaşı, millət vəkili Adil Əliyev, tanınmış ictimaiyyət nümayəndələri, universitet müəllimləri, tələbələr və jurnalistlər iştirak ediblər. Çıxış edənlər Kamran Babazadənin qısa, amma mənalı ömür yoluna nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər. Daha sonra klipin nümayişi olub. Tədbir iştirakçıları bu ekran əsərini müsbət qiymətləndiriblər. Qeyd edək ki, klipin rejissoru Zamiq Quliyev, ideya müəllifi Kamran Babazadənin anası Mailə Kamrandır. Tədbirin sonunda çıxış edən mərhumun anası Mailə Kamran klipin çəkilməsində və bu kitabın işıq üzü görməsində əməyi olan, eyni zamanda tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi.
Kamran Babazadə BDU-da anıldı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru