Bruklinin nümayəndələri Səbail rayonunda
11-05-2018, 10:07
teref.az - Paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu ilə ABŞ-nın Nyu-York şəhərinin Bruklin inzibati rayonu arasında yaradılmış dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunması ilə bağlı Bakıya gəlmiş Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozentalın rəhbərlik etdiyi Nyu-York şəhəri Bruklin inzibati rayonunun nümayəndə heyəti dost və qardaş Səbail rayonunda olmuş və Rayon İcra Hakimiyyətində qəbul edilmişlər.
Görüşdə qonaq nümayəndə heyəti üzvlərinə Səbail RİH-nin hədiyyələri təqdim olundu.
Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozental gözəl qəbula görə minnətdarlığını bildirdi və Səbail rayonu nümayəndə heyətinin ABŞ Nyu-York şəhərinə rəsmi dəvət olunması barədə Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın məktubunu Səbail RİH-nin başçısı Eldar Əzizova təqdim etdi.